İstanbulda yanğın: 3 uşaq ölüb | FOTO/VİDEO

İstanbulda yanğın:    3 uşaq ölüb | FOTO/VİDEO
  11 Dekabr 2025    Oxunub:626
Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda yerləşən binalardan birində yanğın meydana gəlib. Hadisə nəticəsində mənzildəki 3 uşaq (2, 5 və 9 yaşlı) həyatını itirib, 1 uşaq (11 yaşlı) isə ağır yaralanıb.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, yanğının hansı səbəbdən baş verdiyi hələlik müəyyənləşməyib. Bildirilib ki, hadisədən qabaq uşaqların anaları beşinci uşağı ilə birgə evdən çıxıbmış. Polis qadını aşkarlayaraq saxlayıb. Ata isə cinayət törətdiyi üçün həmin saatlarda elə polis məntəqəsində imiş.

Məlumata əsasən, uşaqlar qonşuların köməyi ilə yanan evdən çıxarılarkən hələ sağ imişlər. Onlardan üçü hadisə yerinə çağırılan təcili tibbi yardımla aparıldıqları xəstəxanada keçinib. Hadisə ilə əlaqədar Anadolu Baş Prokurorluğunda cinayət işi açılıb.



Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   hadisə   yanğın  



Xəbər lenti